“İŞİD Şimali Qafqazda fəaliyyət göstərən “İmarət Qafqaz” terror qruplaşmasına maraq göstərir”.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Federal Təhlükəsizlik Xidməti sədrinin müavini Sergey Smirnov çıxış edib.
 
Onun sözlərinə görə, İŞİD artıq “İmarət Qafqaz”ın sıralarına sızmağı bacarıb:
 
“Biz bunu bir müddət əvvəl Qafqazdakı terror qruplaşmalarının səhra komandirlərinin İŞİD-in tərəfinə keçməsi zamanı müşahidə etdik. Hazırda İŞİD-in tərkibində təxminən 1700 nəfər rus döyüşür.
 
Milli.Az