İsrail süfrəsi üçün Azərbaycan xörəkləri
Bakı, 11 aprel, AZƏRTAC
Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası (“Azİz”) artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi üçün böyük iş aparır. Bu günlərdə Assosiasiya yeni bir layihə həyata keçirib.
Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəfis tərtibatlı “Azərbaycan kulinariyası” açıqcalar dəsti çap edilib. Açıqcaların hərəsi Azərbaycan mətbəxinin ən populyar milli xörək və şirniyyat növlərindən birinə - qutab, plov, düşbərə, paxlava, mütəkkə və başqa yeməklərə həsr edilib. Hər bir açıqcanın arxa tərəfində həmin yeməyin hazırlanması qaydası ivrit dilində çap edilib.
“Azİz” assosiasiyasının baş direktoru Lev Spivak deyir:
-Hər hansı xalqın adətləri və mədəniyyəti ilə yaxından tanış olmaq üçün hökmən həmin xalqın milli yeməklərini dadmaq lazımdır. Biz isə İsrail sakinlərinə Azərbaycan milli yeməklərini müstəqil şəkildə hazırlamaq imkanı da vermək istəyirik. Əminik ki, bu gözəl açıqcalar dəsti ağzının dadını bilən hər kəs üçün yaxşı hədiyyə olmaqla yanaşı, yəhudi və Azərbaycan xalqlarını bağlayan daha bir kiçik tel olacaq. Mən çox istəyirəm ki, bizdə hər bir ailəyə məlum olan və hamının xoşladığı bütün yeməklər israillilərin də xoşuna gəlsin.
Açıqcalar dəstinin nəşrinə məsul olan Şaul Siman-Tov qeyd edib ki, bu dəstin yaradılmasına israilli məşhur restorator, İsraildə Qafqaz xalqlarının kulinariyasının ən yaxşı bilicilərindən biri hesab edilən Alik Davudov kömək edib. Desertlərin reseptlərini isə əslən Bakıdan olan israillilər tərəfindən 15 ildən çox əvvəl açılmış “Natali” qənnadı fabriki təqdim edib. Bu gün həmin fabrikin məhsulları ölkənin bütün ticarət obyektlərində satılır və heç vaxt piştaxtalarda qalmır.
Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası daha bir unikal açıqcalar dəstini təqdim etməyə hazırlaşır. Bu dəstin təqdimat mərasimi qeyri-adi şəkildə keçəcək: məşhur “İnter Şef” kulinar kollecində təşkil olunacaq təqdimat mərasiminə israilli jurnalistlər dəvət ediləcək. Onlar bu mərasimdə ustad dərsinin iştirakçıları olacaq, açıqcalarda təsvir edilən yeməklərin hazırlanması prosesini seyr edəcək, sonra isə onların dadına baxacaqlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35