Rusiya Cəzaların İcrası Federal Xidməti (CİFX), BBC-nin sorğusuna cavab olaraq, Şimali Qafqaz əsilli məhbusların hüquqlarının müntəzəm surətdə pozulması barədə hüquq müdafiəçilərinin iddialarını təkzib edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, daha əvvəl “Vətəndaş dəstəyi” komitəsinin hüquq müdafiəçiləri üç il ərzində Çeçenistan və İnquşetiya sakinlərindən əksər hallarda islah-əmək sistemi əməkdaşları tərəfindən zorakılığa, tibbi yardım göstərməkdən imtina edilməsinə və din azadlığının pozulmasına aid 800 şikayət ərizəsi aldıqlarını bəyan ediblər.
 
“Hazırda cinayət-icra müəssisələrində Şimali Qafqaz əsillililərə, o cümlədən onların dini məzhəbi ilə bağlı ayrı-seçkilik münasibəti halları obyektiv olaraq təsdiqlənməyib”, - CİFX mətbuat xidmətinin cavabında deyilir.
 
Oruc və namaz
 
Koloniyaların əməkdaşları tərəfindən Şimali Qafqaz əsillilərə açıq nifrət göstərilməsindən başqa, məhbuslar hüquq müdafiəçilərinə şikayətləniblər ki, koloniyada xörəklərin çoxu donuz ətindən ya donuz piyi ilə hazırlanır, orucluq qaydalarına əməl edilməsi üçün şərait yaradılmır.
 
“Onların səkkiz saatlıq yatmaq haqlarının təmin olunması adı ilə qafqazlılara islah-əmək sistemi müəssisələrində gecə saatlarında dini ayinlərin həyata keçirilməsinə icazə verilmir, - deyilir mətbuat üçün yayılmış bəyanatda.
 
Bu da vurğulanır ki, azadlıqdan məhrum edilmiş müsəlmanlara heç bir qadağa qoyulmadan namaz qılmaq imkanı verilir, lakin bu zaman müəssisədə tətbiq edilən nizam qaydaları əsas götürülür.
 
İstintaq təcridxanaları nəzdində və islah müəssisələrinin mağazalarında halal ərzaq almaq olar. Bundan başqa, CİFX-da deyilənə görə, islah müəssisələrində 61 məscid və 230 ibadət otaqları fəaliyyət göstərir.
 
Milli.Az