Bakı, 11 aprel, Pərvanə Rəhimova, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin Azərbaycan üzrə birinci seçmə turu keçirilib.
AZƏRTAC xəbər verir ki, bu institut və onun filiallarında oxuyan 155 nəfər BDU-nun nəzdində olan Konfutsi İnstitutunun və Konfutsi İnstitutların/Hanban qərargahı ilə birlikdə təşkil etdiyi müsabiqədə iştirak edib.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru, dosent Hu Fenhua institutun keçirdiyi müsabiqə barədə ətraflı məlumat verib. Bildirilib ki, müsabiqə iştriakçıları arasından seçilmiş 15 nəfər ikinci tura keçəcək.
Mayın 2-də keçiriləcək ikinci turda müsabiqə iştirakçıları çin dilində müxtəlif çıxışlar hazırlayacaq, mahnı və ya rəqs ifa edəcəklər.