Məzuniyyətlərlə bağlı yenilik (VİDEO)
ANS TV-nin məlumatına görə, Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara, 3 yaşına çatmayan uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə, əsas yük konkret olaraq qadının üzərinə düşdüyü üçün bu sahədə kifayət qədər hüquqi baza var. “Gender bərabərliyinin təminatları haqqında” qanunda da bu bərabərliyin bütün sahələrdə təmin olunması nəzərdə tutulur.
Əmək məcəlləsinin 125-ci maddəsinə əsasən körpə dünyaya gəlməzdən öncə 70, dünyaya gələndən sonra isə qanunvericiliklə nəzərdə tutulan qaydada 126 gün müddətinə ödənişli məzuniyyət verilir. Amma atalar üçün təyin edilən normalarda isə müəyyən axsamalar var. Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə, ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişilər 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər. Sosioloqların fikrincə qanunda kişilər üçün ödənişli məzuniyyətin tədbiq edilməsi bir neçə amilə görə mümkün deyil.
Ekspert Rəşad Əsgərov deyir ki, təzə övladı olan atanın pula ehtiyacı olacaq və belə olan halda o ödənişli məzuniyyəıtə çıxmayacaq, işləyəcək. Amma Avropa ölkələrində isə bu məsələlərə müəyyən qədər güzəştlər göstərilir. Bu isə zavodlar üçün, iş yerləri üçün ağır bir yük ola bilər.
Qeyd edək ki, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində Gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur. Hazırda bu layihənin üzərində işlər aparılır.
Mənbə
ANS TV, Orxan Mahmudoğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10