Akademik Milli Dram Teatrında “21:15 qatarı” tamaşasının premyerası olacaq
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Toyqun Orbayın pyesi əsasında hazırlanmış “21:15 qatarı” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiyanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Tamaşada xalq artistləri Hacı İsmayılov (Vağzal məmuru), Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.
75 dəqiqə davam edəcək tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.
Qeyd edək ki, Toyqun Orbay 1956-cı ildə İstanbulda anadan olub. Tibb sahəsində çalışmaqla bərabər, dramaturgiya sahəsində də fəaliyyət göstərir. “Mat”, “Şərəfinə insanoğlu” və “21:15 qatarı” pyeslərinin müəllifidir.
Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Girnedə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.
Müəllifin “21:15 qatarı” birpərdəli pyesi 2002-ci ildə yazılıb. Akademik Milli Dram Teatrının tamaşası Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10