İŞİD terror qruplaşması ilə Bağdad yaxınlığında döyüşlər gedir.

ANS PRESS-in məlumatına görə, İraqın Ramadi şəhərində ordu qüvvələri ilə İŞİD terror qruplaşması silahlıları arasında saatlarla gərgin döyüş yaşanıb. Bu barədə "CNN" xəbər yayıb.

Paytaxt Bağdaddan 110 km qərbdə yerləşən Ramadidə baş verən döyüşdə on İraq hərbçisinin öldüyü, eləcə də ölənlər arasında Ənbar vilayəti hərbi əməliyyatları rəhbəri Qasım əl-Muhammadinin də olduğu bildirilir.

İraq rəsmilərinin fikrincə, bu hücumun məqsədi əyalət paytaxtını nəzarət altına almaqdır. Ramadi qərbi Ənbar vilayətinində İraq hökümətinin nəzarəti altında olan son yerlərdən biridir.
Mənbə
ANS PRESS