Lombardlara üz tutanlar artdı (VİDEO)
ANS TV-nin məlumatına görə, son vaxtlar paytaxda lombarda müraciət edənlərin sayında artım müşahidə olumaqdadır. Təcili pula ehtiyacı olan və ya istədiyi işə sərmayə yatıranlar, bu borc məntəqələrinə müraciət edir. Məsələnin maraqlı tərəfi ondadır ki, banklardan alınan kreditlərin faiz dərəcələrinin lombardlara nisbətdə az olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmaqda davam edir.
Statistik məlumatlara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı iki dəfə artaraq 1200-ə çatıb. Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı da 2,5 dəfə artıb.
Onların kredit üzrə faiz dərəcəsi isə 36%-i üstələyib. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir.
Paytaxda fəaliyyət göstərən bir neçə lombarddan şifahi olsa da, öyrənə bildik ki, müraciətlərin sayında həqiqətən də artım müşahidə olunur.
Mütəxəssislər yaranan bu vəziyyətin başlıca səbəbini bankların ötən ildən istehlak kreditlərinin verilmə prossesini ağırlaşdırmasında görür. Çünki, artıq banklar problemli müştərilərlə və gecikən borclarla rastlaşmaq istəmir. O üzdən bazasında olan pulları qorumağı, problemli müştəridən gələn gəlirindən üstün tutur. Belə olan halda borc almaq istəyən insanlar üz tutur lambardlara. İkinci bir səbəb isə lombardlardan borc alan şəxslərdən iş yerindən arayışın tələb olunmamasıdır.
“Lombardların cəlbediciliyinin əsası şərtlərin yüngül olmasıdır. Məsələn, bir kimsə lombarddan ona lazım olan məbləğdə kredit götürmək istəyirsə o şəxsin hardasa, işləyib-işlməməsi vacib deyil. Sadəcə həmin şəxs girovu lombarda təqdim edir və qısa bir zamanda krediti əldə edir. Lombarddan fərqli olaraq bankdan kredit götürmək bir az zaman alır”, – deyə ekspert Samir Əliyev bildirib.
Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımır. Bəzən elə hallar olur ki, onlar fəaliyyətini dayandırır və heç kimi bu barədə müştərilərini məlumatlandırmırlar. Məhz bu bəzi lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşır.
Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər. O üzdən mütəxəssislər bütün bu faktları nəzərə alaraq, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistemin yaradılması üçün ciddi mexanizmin hazırlanmasını vacib sayır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərir.
Mənbə
ANS TV: Orxan Mahmudoğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51