Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Yəmənin Şabva əyalətində polis məntəqəsi qarşısında partlayış törədilib.
AZƏRTAC Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, terror aktı nəticəsində 40 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Əldə edilən məlumata görə, partlayış Bihan kəndində baş verib. Partladıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.