Fransada azərbaycanlı ədəbiyyatşünas alimin kitabı nəşr olunub
Paris, 10 aprel, AZƏRTAC
Fransanın elmi dairələrində hüqoşünas alim kimi tanınan, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Əsgər Zeynalovun əsrələri Azərbaycanda sevilə-sevilə oxunan dahi fransız yazıçısı, ictimai xadim Viktor Hüqonun həyat və yaradıcılığından bəhs edən “ Hüqo - fransız ədəbiyyatının milyarderi“ kitabı ölkənin “Presses Academiques Francophone“ nəşriyyatında çapdan çıxıb.
Fransız dilində nəşr olunan 160 səhifəlik kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Vazeh Əsgərov, rəyçisi professor Sevda Vahabobadır.
Kitabın əvvəlində görkəmli qərbşünas alim, professor Cəlil Nağıyevlə yanaşı, dünya şöhrətli fransız alimləri Jan-Lui Bakke Qramonun və Arno Lasterin, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo kimi fransız yazıçıları haqqında ilk monoqrafiyaların müəllifi Əsgər Zeynalovun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları yazılar əksini tapıb. Onlar azərbaycanlı hüqoşünas alimin elmi fəaliyyətini yüksək qiymətləndiriblər.
Regional “L’est Republicain” qəzetinin əməkdaşı Danyel Bordurun azərbaycanlı alim barədə fikirləri kitabda xüsusi yer alıb: “Əsgər Zeynalov öz dissertasiyasını Volterin Şərq yaradıcılığından müdafiə etsə də, dahi Viktor Hüqo onun sevimli yazıçısıdır. Onun tərcüməsi sayəsində azərbaycanlı oxucular Hüqo poeziyasından nümunələrlə tanış olublar. O, yazıçının “Səfillər” romanının Azərbaycan versiyasına ön söz yazıb. Aleksandr Düma, Jorj Sand, Qustav Flober, Gi dö Mopassan yaradıcılığından, Ferney kəndində yaşamış Volterdən bəhs etsə də, yenidən Viktor Hüqonun üzərinə qayıdır: “Mən Bayronun, Hötenin, Şekspirin yaradıcılığına yaxşı bələdəm, ancaq mənim üçün dünya ədəbiyyatında yalnız bir Hüqo var.”
Kitabda müəllif “Hüqonun həyatı” bölməsində fransız ədibinin həyat və yaradıcılığından ərtaflı bəhs edib. “Hüqo və Azərbaycan: tədqiqatlar və tərcümələr” bölməsində isə müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatşünaslarının və tərcüməçilərinin Viktor Hüqo yaradıcılığına müraciət etdikləri, əsərlərinin dilimizə çevrilərək dönə-dönə nəşr olunduğu bildirilir. Kitabda, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında V.Hüqonun “Səfillər” romanının, az sonra isə “Seçilmiş əsərləri”nin latın qrafikası ilə işıq üzü gördüyü diqqətə çatdırılıb .Hər iki əsərə Əsgər Zeynalovun “Ön söz” yazdığı qeyd olunub. Kitabda V.Hüqonun poeziyasına ayrıca bölmə ayrılıb, ədibin “Şərq motivləri” və Sena çayında faciəli surətdə həlak olmuş qızı Leopoldinanın ölümünə həsr etdiyi şeirləri təhlil olunub.
“Hüqonun romanları” bölməsində fransız yazıçısının Azərbaycan oxucularına yaxşı tanış olan “Səfillər” və “Paris Notr-Dam kilsəsi” romanları geniş təhlil süzgəcindən keçirilib.
“Hüqonun müasirləri” bölməsi kitabın ən maraqlı səhifələrini təşkil edib. Bu bölmədə yazıçının müasirləri, XIX əsr fransız ədəbiyyatının ən görkəmli nümayəndələri haqqında məqalələr təqdim olunub. Bunlar əsasən Hüqonun dostları – Balzak, Düma (ata), Jorj Sand, Flober və eyni zamanda Mopassan haqqında yazılardır. ”Parisə məktublar və Parisdən məktublar” bölməsinin əsasını Ə.Zeynalov və hüqoşünas fransız alimi Arno Lasterin məktublaşmaları təşkil edir. “Hüqonun fransız mütəxəssisi” bölməsində Parisdə fəaliyyət göstərən “Hüqonun dostları” cəmiyyətinin prezidenti Arno Lasterin həyatı, elmi və ictimai fəaliyyətindən bəhs olunur.
“Hüqonun vətənində” başlığı altında Ə.Zeynalovun Fransaya səfərləri, orada onun maraqlı, yadda qalan görüşləri və unudulmaz anlardan bəhs olunur.
Göründüyü kimi azərbaycanlı alim təkcə respublikamızda deyil, Fransada da özünü Hüqonun mütəxəssisi kimi təsdiqləyib.
Əsgər Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” əsərinin Fransada nəşr olunması Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisədir.
Xatırladaq ki, 25-dən artıq kitabın, 350-dən çox elmi-publisistik məqalənin müəllifi olan professor Əsgər Zeynalovun “Hüqo – fransız ədəbiyyatının milyarderi” monoqrafiyası müəllifin xaricdə nəşr edilən üçüncü kitabıdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56