"Amnesty International" hüquq-müdafiə təşkilatı Böyük Britaniya hökumətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb.
Milli.Az bildirir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, "Amnesty International" Böyük Britaniyanı internet istifadəçiləri də daxil olmaqla insanları kütləvi izləməkdə təqsirləndirir.
İddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin mətbuata sızdırdığı məlumatlara əsaslanır.
Təşkilat Britaniya hökumətinin bununla insanların şəxsi həyat və azadlıqlarına xeyli zərər vurduğunu qeyd edir. İddiaya "Liberty" və "Privacy International" hüquq-müdafiə təşkilatları da qoşulublar.
Milli.Az
Milli.Az