“Ərəb koalisiyası” İran gəmilərinin Ədən körfəzinə yaxınlaşmasında təhlükə görür
Bakı, 10 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə husi-şiə üsyançılarına qarşı mübarizə aparan ərəb ölkələri koalisiyası İran hərbi gəmilərinin Ədən körfəzinə yaxınlaşmasında təhlükə görür.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “ərəb koalisiyası”nın rəsmi nümayəndəsi general Əhməd Əsiri bildirib.
“Bu gəmilərin beynəlxalq sularda olduğunu və İranın onları bura göndərməyə haqqı çatdığını bilirik. Lakin Yəmən ərazisi və onun daxili suları koalisiyanın daimi nəzarəti altındadır. Əgər bu gəmilər üsyançılara silah və ya hər hansı bir komək göndərməyə cəhd etsələr, bizim onlara adekvat cavab verməyə haqqımız çatacaq”, - deyə general qeyd edib.
Əsirinin sözlərinə görə, koalisiya qoşunları vahid cəbhədə koordinasiya ilə hərəkət edir və əməliyyat yekun nəticə əldə etmək istiqamətində aparılır. Aviasiya üsyançılar tərəfindən istifadə edilən rabitə infrastrukturlarına zərbələr endirir. Bundan başqa koalisiya yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsini də dəstəkləyir.
Qeyd edək ki, martın 26-na keçən gecədən Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51