Bakı, 9 Aprel, AZƏRTAC
İranın “Qeshm Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin “Atatürk” hava limanında uçuşa hazırlaşarkən qəzaya uğrayıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Airbus-300B4” tipli sərnişin təyyarəsi uçuş zolağında hərəkət edərkən sağ mühərrikində yanğın baş verib. Nəticədə dağılan mühərrikin hissələri təyyarənin təkərlərini də sıradan çıxarıb.
Pilotlar təyyarəni dayandırmağa müvəffəq olublar.
Hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər hava limanında bir müddət gözlədikdən sonra başqa təyyarə ilə Tehrana yola salınıb.