Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin qurumla əməkdaşlıq çərçivəsində aprelin 8-dən 9-dək Bəhreyn Krallığının Manama şəhərində Assosiasiyanın növbəti İllik Yaz İclasının sessiyası keçirilib.
Tədbirdə Bəhreyn Krallığının baş prokuroru doktor Əli Əlbinyanın dəvəti ilə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Sessiyada təşkilatın rəhbər orqanların, o cümlədən Assosiasiyanın prezidentinin, baş katibinin və baş müşavirinin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin hesabatları dinlənilib, növbəti il üçün qarşıda duran məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev 2014-cü il aprelin 8-də BPA-nın prezidenti, Avstriya baş prokurorunun müavini Gerhard Yaroşun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovla görüşünü xatırladıb. O, həmin görüşdə aparılan müzakirələr zamanı Assosiasiyanın veb-saytının Antikorrupsiya alt domeninin yaradılması və bu işin həyata keçirilməsinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilməsi barədə əldə olunmuş razılaşmanı diqqətə çatdıraraq bu istiqamətdə görülmüş işlərlə əlaqədar təqdimatla çıxış edib. K.Əliyev bu məsul işin Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliya Baş Prokurorluğu ilə birgə ölkəmizə həvalə edilməsini beynəlxalq aləm tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə göstərilən etimadın təcəssümü kimi qiymətləndirdiyini xüsusi vurğulayıb.
Tədbirdə təşkilati və digər məsələlər müzakirə edilib, Assosiasiyanın korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasına həsr olunmuş növbəti - 20-ci illik konfransının və iclasının bu il sentyabrın 13-17-də İsveçrənin Sürix şəhərində keçirilməsi qərara alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10