"Çox qorxuruq. Qəflətən, heç bir səbəb olmadan belə hadisənin baş verməsi bizi olduqca narahat edir. Alimlərdən, dövlət adamlarından xahiş edirik ki, vəziyyəti araşdırsınlar, bizə bir cavab versinlər".
 
Çinin Sinzyan-Uyğur Muxtar Mahalının mərkəzi şəhəri Urumçinin yaxınlığındakı uyğur türklərin kəndində narahatlıq, təlaşdır.
Kəndin kənarında eni 2 metrdən artıq dəlik yaranıb.
 
Dəliyə yaxın getmək olmur, çünki ərimiş daş və torpağın hərarəti 792 dərəcədən artıqdır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ekspertlər dəliyə yaxınlaşa bilmədiklərindən onun dərinliyini ölçə bilmirlər.
Kənd sakinləri ilə yanaşı, sosial şəbəkələrdəki çinlilər bu dəliyi "cəhənnəmə qapı" adlandırırlar.
 
Alimlərin dediklərinə görə, Sinzyan-Uyğur Muxtar Mahalı seysmik və tektonik baxımdan fəal zonada yerləşdiyindən yeraltı qatlardakı ərimiş süxurlar yuxarı çıxırlar.
 
Milli.Az
 



Videonu izləmək üçün şəkilə klikləyin

фото