Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Özbəkistanın fəaliyyətdə olan prezidenti İslam Kərimov Daşkənddə ölkə parlamentinin Yuxarı və Aşağı palatalarının birgə iclasında yenidən prezident andı içib.
"Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.
Xəbərə görə, andiçmə mərasiminə Özbəkistan Mərkəzi Seçki Komissiyası və hökumət üzvləri, Konstitusiya Məhkəməsinin hakimləri, Daşkənddə akkreditasiya olunan xaric ölkələrin diplomatik nümayəndəlikərinin təmsilçiləri də qatılıblar.
Mərkəzi Seçki Komissiyasının sədri Mirzə Uluqbəy Abdusalamov İslam Kərimova Özbəkistan prezidenti vəsiqəsinin təqdim edib.
Bundan sonra İslam Kərimov Qurana və ölkə Konsititusiyasına eyni zamanda əl basaraq, and içib.
Xatırladaq ki, bu il martın 29-da Özbəkistanda prezident seçkisi keçirilib. Seçkidə iştirak edən seçilərin 90,39 %-i İslam Kərimova səs verib. 2007- ci ildə keçirilmiş seçkidə isə o, səslərin 88,1% -nin qazanmışdı.