Bakıda “Nikolya” şokolad muzeyi” sərgisi açılacaq
Bakı, 10 aprel, AZƏRTAC
Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisi açılacaq. Bu məşhur sərgi dünya turu çərçivəsində 40-dan çox ölkədə nümayiş olunub.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 200 kvadratmetrlik məkanda nümayiş olunacaq sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdiriləcək. Sərgidə həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür.
Məşhur şokolad ustası Nikolay Popov bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq “Qız Qalası”, habelə Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, “Alov qüllələri”, marisipan meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.
Sərginin davam etdiyi müddətdə müəllif dünyada ən böyük şokolad tablonu – çəkisi 200 kiloqram olan şəkli təqdim edəcək. Bu əsəri müəllif “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edib. Məşhur şokolad ustası xüsusi texnologiya ilə hazırlanmış eksklüziv şokolad suvenir məmulatlarını təqdim edəcək ki, bunlar sərgi dövründə reallaşdırılacaq. Öz əlləri ilə şokolad hazırlamaq istəyənlərə isə müəllif ustad dərsi keçəcək.
“Nikolya” şokolad muzeyi” sərgisinə 5 il ərzində 500 mindən çox adam baxıb.
Sərgi iyunun 28-dək davam edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10