Moskva, 10 aprel, AZƏRTAC
Oxot dənizində qəzaya uğramış “Dalniy Vostok” traulerində həlak olmuş azərbaycanlıların cəsədləri Vətənə yola salınıb. Bu barədə Saxalin informasiya siyasəti departamentinin nümayəndəsi məlumat verib.
Qəza zamanı zərər çəkmiş heyət üzvlərinə və həlak olmuş dənizçilərin ailələrinə gələn həftə ianələrin ödənilməsinə başlanılacaq.
Xatırladaq ki, aprelin 2-də Oxot dənizində qəzaya uğramış “Dalniy Vostok” gəmisindəki 132 balıqçının 57-si həlak olub, 12 nəfər isə itkin düşmüş sayılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva