Bakı, 10 aprel, AZƏRTAC
Yazın gəlişi ilə bir çoxumuzda gözlərin yanması, burunun axması kimi xoşagəlməz allergik simptomlar olur. Bu simptomlar bitkilərin tozcuqlarının yayılması ilə bağlıdır.
Fransanın Aerobioloji Müşahidələr Milli Şəbəkəsi daha cox tozcuq yayan, allergiya yarada bilən 25 bitkinin siyahısını hazırlayıb. Bu siyahıda sərv, tozağacı, qızılağac, göyrüş, palıd ağacları öndədir. Onların ardınca fındıq, söyüd, çinar, vələs, cökə və zeytun ağacları gəlir.
Bir sıra otaq bitkilər, məsələn, benjamin fikusu, filodendron, abutilon da allergiya yarada bilir.