Bakı. 10 aprel. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.
Qurumun Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, təmirlə bağlı hazırlıq işləri aparıldığından qeyd edilən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq, ərazidə yerləşən idarələrdən cəmiyyətə müraciət etmələri xahiş olunur.
Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.