Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 14-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik musiqi ifaçılarının IV Beynəlxalq müsabiqəsi keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, artıq ənənə halını alan yarışmada bu dəfə Azərbaycan, Türkiyə, Misir, Rusiya, Qazaxıstan, Özbəkistan, İran və Qırğızıstandan da musiqiçilər iştirak edəcəklər.
Müsabiqədə böyük və kiçik yaş qrupu üzrə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin sonunda qaliblərin mükafatlandırılması və qala-konsert təşkil olunacaq.