“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1030 nəfərin tam dövlət təminatındadır”. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bunu nazirliyin xidmət rəisi Çingiz Əliyev bildirib.
Ç. Əliyev bu ilin ilk rübündə de-institusionalizasiya proqramının icrası çərçivəsində həmin müəssisələrdən 29 nəfərin, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çox şəxsin ailələrinə qayıtdığını qeyd edib: “Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 2015-ci ilin I rübündə 71 nəfər sağlamlıq imkanları məhdud gənc qəbul olunub və hazırda mərkəzdə 100 nəfərdən çox gəncin peşə reabilitasiyası həyata keçirilir. Eyni zamanda, cari ilin ilk rübündə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən respublika üzrə 13 min nəfərdən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib”.
Hesabat dövründə 403 ədəd sanator-kurort yollayışının imtiyazlı kateqoriyalardan olan şəxslərə paylanıldığını qeyd edən Ç. Əliyev DSTX-nin digər fəaliyyət sahələrində görülən işləri də diqqətə çatdırıb.