May ayında Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yüksək statuslu ofisi açılacaq
Bakı, 10 aprel, Şahyəddin Əliyev, AZƏRTAC
May ayının sonunda Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yüksək statuslu ofisinin açılış mərasimi keçiriləcək.
Bu barədə AZƏRTAC-a təşkilatın Romadakı qərargahının eksperti Elxan Əliyev məlumat verib.
E.Əliyev bildirib ki, bununla bağlı danışıqlar 2012-ci ilin aprel ayından aparılır. “Mən də bu proseslərdə iştirak etmişəm. Danışıqların nəticə verməsinə bir azərbaycanlı kimi sevinirəm. Bu, əlaqələndirmə və tərəfdaşlıq ofisi olacaq. Hələlik bu statusda heç bir ölkədə ofis açmamışıq. Bakı ofisində isə biz Azərbaycan hökumətini özümüzə bir tərəfdaş kimi görürük. Gələcəkdə Azərbaycanın qonşu ölkələri əhatə edən layihələrlə çıxış etməsini də nəzərdə tutmuşuq. Azərbaycanın regionda artan siyasi mövqeyi buna imkan verir.
Açılacaq ofisin çox böyük əməkdaşlıq proqramı var. Aktual layihələrin icrası nəzərdə tutulub. Onların istiqamətini müəyyən eləmək Azərbaycan hökumətinin müstəsna səlahiyyətinə aiddir. Amma mən düşünürəm ki, əsas diqqət kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına yönəldiləcək. Çünki nəzərdə tutduğumuz layihələrin ən vacib komponentlərindən biri kənd təsərrüfatı sektorunda məhsuldarlığın dünya standartlarına cavab verməsidir”, deyə E.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3 aprel 2015-ci il tarixdə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər Planında FAO-nun Azərbaycan Respublikasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi də əks olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10