Azərbaycanlı “qanuni oğru” Rüfət Gəncəli həmyerlisi olan biznesmeni öldürməkdə ittiham olunaraq həbs edilib.

Qafqazinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva rayon məhkəməsi Ülfət Tağıyevi Lyublin bazarının təsisçilərindən olan Elxam Əliyevi 2013-cü ildə öldürməkdə, həmçinin qanunsiz silah dövriyyəsinə görə təqsirli bilib və haqqında 8 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin klanına daxil olan Tağıyev, həmçinin məşhur avtoritet Aslan Usoyanın ölümündə də əsas şübhəli olaraq qalır.

Milli.Az