Sofiya, 10 aprel, AZƏRTAC
Bolqarıstan Milli Meteorologiya İnstitutunun məlumatına əsasən, güclü küləklər nəticəsində ölkənin şərqində üç regionda sarı təhlükə kodu elan edilib.
Varna, Burqas və Dobriç regionlarında fasilələrlə 15-24 m/saniyədə güclü şimal-şərq küləyi gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya