"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, Reykyavik hava limanından qalxdıqdan bir müddət sonra təyyarəni ildırım vursa da, pilotlar Boeing 757-in ön hissəsində yaranan çatı hiss etməyiblər.
Səkkiz saat sonra Denverə enən təyyarəni görənlər şoka düşüblər. Sərnişinlər xoşbəxtlikdən xəsarət almayıblar.



