Professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd olunub
Bakı, 9 aprel, Abdulla Suvar, AZƏRTAC
Aprelin 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə yubilyarın həyat yolundan, elmi-bədii yaradıcılıq axtarışlarından geniş söz açılıb.
Mərasim açıq elan edən Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov bildirib ki, Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatında, ədəbi-tənqidində öz obrazını yaradan alimlərdəndir. Tələbəlik illərindən ədəbiyyatşünaslığımızın mühüm problemləri ilə məşğul olmağa başlayan N.Şəmsizadə ilk məqalələrindən hamının diqqətini cəlb etmiş və bir ədəbiyyat adamı kimi tanınmağa başlamışdı. O, həm də bədii yaradıcılıqla məşğul olmağı bacaran alimlərdəndir.
Bildirilib ki, Nizaməddin Şəmsizadə ədəbi prosesdə fəal mövqeyi olan, həm müasir ədəbiyyat problemləri, həm də tənqidimizin tarixi və nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan tənqidçilərdəndir. O, bir alim kimi ötən əsrin 20-30-cu illər tənqidimizin, ədəbi-nəzəri fikir tariximizin problemləri üzərində tədqiqatlar aparıb və taleyinə məşəqqətlər yazılan bir çox söz adamlarının ədəbi irsini geniş auditoriyaya çatdırıb.
Natiq bildirib ki, N.Şəmsizadə nə yazırsa, nədən yazırsa ürəkdən yazı və bu səbəbdən də, hamı tərəfindən qəbul olunur, bəyənilir. Böyük ədiblərdən yaza-yaza o, da mənən ucalır.
Yubilyarı təbrik edən Nizami Cəfərov onun bundan sonra da ədəbi tənqidimizə ölməz əsərlər bəxş edəcəyinə inamını ifadə edib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva və başqaları yubilyarı təbrik edərək ona yeni-yeni uğurlar arzulayıblar.
Bildirilib ki, böyük ənənələri olan Azərbaycan tənqidinə N.Şəmsizadə müasirlik problemi ilə gəlib. Onun hər bir əsərində orijinal fikir, özünəməxsus üslub, obrazlı ifadə, prinsipial tənqidçi mövqeyi boy verməkdə, görünməkdədir.
Vurğulanıb ki, çağdaş ədəbi prosesin fəal iştirakçısı olan Nizaməddin Şəmsizadə 30-a yaxın elmi, nəzəri, ədəbi-tənqidi, fəlsəfi-publisistik kitabın, 200-dən çox məqalənin müəllifidir. Onun milli ideologiyamızı əks etdirən “Azərbaycançılıq” kitabı, üç cildlik “Seçilmiş əsərləri”, ölkənin ali məktəblərində əsas tədris vəsaiti kimi istifadə olunan “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi ədəbi-nəzəri fikrimizin nailiyyətlərindən sayılır.
Diqqətə çatdırılıb ki, Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə 2010-cu ildə Dövlət mükafatı laureatı adına layiq görülüb.
N.Şəmsizadəni gözəl insan, etibarlı dost, yüksək mənəviyyat adamı, böyük alim, zəhmətkeş ziyalı kimi dəyərləndirərək natiqlər ona ən xoş arzularını çatdırıblar.
Tədbirdə Nizaməddin Şəmsizadə haqqında akademiklər Kamal Talıbzadə, Bəkir Nəbiyev, xalq yazıçısı Elçin və başqa dəyərli alimlərin, söz adamlarının vaxtı ilə dedikləri fikirlər oxunub.
Gecədə alimin şeirləri və əsərlərində parçalar səsləndirilib, tanınmış müğənnilər tərəfindən xalq və bəstəkar mahnılar ifa olunub.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Nizaməddin Şəmsizadə bundan sonra da ədəbi tənqidimizin keşiyində duracağını və yeni almi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verəcəyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10