Türkiyənin TRT telekanalında yayımlanan "Yaxşı fikir" verilişində gözlənilməz hal baş verib.

ANS PRESS-in məlumatına görə, verilişə dəvət olunmuş aşbaz hazırladığı xəmir yeməyini sobaya qoyub. Aşbaz yeməyi sobadan çıxardıqdan sonra onu nümayiş etdirməyə çalışıb.

Lakin xəmir xörəyini çevirərkən o dağılıb. Aparıcı dərhal vəziyyətə müdaxilə edib.

O bildirib ki, sobada istilik dərəcəsi yüksək olduğu üçün xəmir xörəyi çox yumşalıb və ona görə də dağılıb.

Həmin videonu soizə təqdim edirik.


Mənbə
ANS PRESS