Bakı, 9 aprel, AZƏRTAC
Qərb Universitetində dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA-International) təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təqdimatdan sonra təlimçi Ənvər Yavəroğlu tələbələrə “Sosial mühit və uğur” mövzusunda təlim keçib.
Qeyd edək ki, beynəlxalq ELSA təşkilatı Avropanın 42 ölkəsində fəaliyyət göstərir və 210 universitetdən olan 40 mindən artıq gənc hüquqşünası özündə birləşdirir. Azərbaycan ELSA beynəlxalq təşkilatına 2010-cu ildə daxil olub və hazırda onun ən fəal üzvlərindən biridir.