Naxçıvanda “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib
Naxçıvan, 9 aprel, Tural Kəngərli, AZƏRTAC
Aprelin 9-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov seminarda çıxış edərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında uzun illərdir sıx əməkdaşlığın mövcud olduğunu deyib.
Qeyd olunub ki, bu əməkdaşlıq istər əlavə təhsilin təşkilində, istərsə də müxtəlif mövzularda keçirilən kurslarda muxtar respublikanın dövlət qulluqçularının iştirakı ilə reallaşır. Akademiyada bu günədək 82 nəfər əlavə təhsilə göndərilib, 144 nəfər isə dövlət qulluğunun təşkili, təşkilati əsasları və dövlətin kadr siyasəti, dövlətin sosial siyasəti, Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti, Azərbaycan Respublikasında gənclər siyasəti, elektron hökumət olmaqla, ümumilikdə 18 müxtəlif mövzulu kurslarda iştirak ediblər. Nəticədə dövlət qulluqçuları bilik və bacarıqlarını artırıb, Azərbaycanın müasir inkişaf konsepsiyası haqda geniş məlumata malik olub və səmərəli idarəetmə metodlarını öyrəniblər. Asəf Zeynalov deyib: “Muxtar respublika rəhbərinin akademiya ilə yaradılan işgüzar əlaqələri daim dəstəklədiyini nəzərə alaraq, əminik ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək. “Azərbaycanın innovativ inkişafı” mövzusunda keçirilən bugünkü seminarın da dövlət qulluqçularının bilik və bacarıqlarının təkmilləşməsində mühüm rolu olacaqdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seminarın təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “İnnovativ inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında (2003-2014)” mövzusunda məruzə edib. Bildirilib ki, seminar iştirakçılarına təqdim olunacaq məlumatlar beynəlxalq təşkilatların rəsmi saytlarında yerləşdirilən rəsmi hesabatlardan götürülüb və Azərbaycanın inkişafını özündə əks etdirir. Bu gün insan kapitalının formalaşdırılması, intellektual səviyyəli kadrların yetişdirlməsi mühüm məsələdir. Ona görə də Azərbaycan Respublikasında davamlı insan inkişafının təmin olunması istiqamətində mühüm işlər görülür. Son illər ölkəmizdə müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilib. Bu da insanların sağlamlığının qorunmasında mühüm rol oynayır. Müasir standartlara cavab verən məktəb binalarının tikilməsi, onların müasir avadanlıqlarla təmin edilməsi, internetə çıxış bu günün reallığıdır. Bütün bunlar Azərbaycanda insan amilinə göstərilən böyük qayğının nəticəsidir və bu proses Naxçıvan Muxtar Respublikasında da sürətlə həyata keçirilir.
Urxan Ələkbərov muxtar respublikada hər bir sahədə əldə olunan inkişafı düzgün idarəetmənin təşkili ilə əlaqələndirib və bunun ölkənin bir sıra regionları üçün nümunə olduğunu diqqətə çatdırıb, seminarın yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
“Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə müəyyənləşdirilən idarəetmə strategiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunmasının nəticəsidir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti inkişaf etmiş dünya dövlətləri tərəfindən qəbul edilir. Bu siyasəti Naxçıvan Muxtar Respublikasında da görmək mümkündür. Bunun nəticəsidir ki, muxtar respublikada bütün sahələr üzrə yüksək uğurlara nail olunub. Bunu ilk olaraq ümumi daxili məhsul istehsalında görmək olar. “Naxçıvanda 2014-cü ildə ümumi daxili məhsulun 2,4 milyard manat olması, xarici ticarət dövriyyəsinin getdikcə artması məhz innovativ inkişafın nəticəsidir”, - deyən Elman Nəsirov qeyd edib ki, blokada şəraitində olan bir diyarda idxalın 21, ixracın 79 faiz təşkil etməsi çox yüksək nəticədir. Bunların hamısı bir daha onu göstərir ki, Naxçıvanda aparılan islahatlar, idarəetmənin düzgün qurulması nəticə etibarı ilə muxtar respublikanın dinamik inkişafına səbəb olub.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzusunda məruzə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aparılan sosioloji sorğunun nəticələrinə diqqəti cəlb edən Rəcəb Rəhimli gələcəkdə belə sorğuların davamlı xarakter alacağını bildirib və nəticələr əsasında qiymətləndirmənin aparılmasının təmin ediləcəyini vurğulayıb.
Sonra mövzu ilə əlaqədar müzakirələr aparılıb.
Seminarda şəhər və rayon icra hakimiyyətlərinin, müxtəlif nazirlik, komitə, idarə və təşkilatların nümayəndələri iştirak edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51