Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili aprelin 14-də Azərbaycana səfər edəcək.
G.Kvirikaşvili AZƏRTAC-ın müxbirinə bildirib ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. O, qeyd edib ki, bu səfərdən sonra Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin görüşü nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi