AZƏRTAC xəbər verir ki, bu ucuzlaşma digər növ balıqların qiymətlərində də özünü göstərir.
Bəs, qiymətlərin belə kəskin aşağı düşməsinin səbəbi nədir? Balıq ticarəti ilə məşğul olan Salyan sakini İlqar Məmmədov və alıcı Bəxtiyar Sadıqov bunun səbəbini mövsümlə bağlı yaranan bolluqla əlaqələndirirlər. Onların fikrincə, bu aylarda balıq ovu ilə məşğul olanların sayının çoxalması bazarlarda bolluğun yaranmasına gətirib çıxarıb.
Lakin bu ucuzlaşma nə satıcıları, nə də alıcıları narahat edir. Çünki belə ucuzluğun yaratdığı imkandan istifadə edən alıcılar daha çox balıq alırlar. Satıcılar isə çox məhsul satdıqlarına görə qazanclarını sabit saxlaya bilirlər.
Milli.Az