2015-ci ilin birinci rübündə Rusiyada xarici vətəndaşların (Ukrayna vətəndaşları nəzərə alınmamaq şərti ilə) sayı təxminən 127 min nəfər azalıb. 

Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, bu barədə Rusiyanın “RBK” portalı xəbər yayıb. 
FMX-nin məlumatına görə, hazırda Rusiyada 558,8 min azərbaycanlı yaşayır.  2015-ci ilin ilk üç ayı ərzində Rusiyada yaşayan azərbaycanlıların sayı 4,1% azalıb. 
Rusiya dövlət xidmətinin məlumatına görə, ümumilikdə 2014-cü ilin aprel ayından 2015-ci ilin aprel ayına qədər Rusiyanı 34 min azərbaycanlı tərk edib. 

Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi saytında yerləşdirilən cədvəli oxuculara təqdim edirik: