"Daşınmaz əmlaklarin kütləvi qiymətləndirilməsi" layihəsinin təqdimatı keçirilib
Bakı, 9 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Aprelin 9-da Əmlak Məsələləri Dövlət Komitəsində “Azərbaycanda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi" layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov layihənin məqsədinin qiymətləndirmənin milli səviyyədə vahid mərkəzdən, rəsmi, kompakt və mütərəqqi qaydada həyata keçirilməsini təmin etmək olduğunu deyib.
Rafiq Cəlilov bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi layihənin icrasında məsul qurum kimi, ilk dəfə milli səviyyədə daşınmaz əmlakların qiymətləndirilməsinin təşkilini və qiymətləndirmə fəaliyyətinə nəzarəti həyata keçirir: "Bu vəzifə daşınmaz əmlakların bazar qiymətlərini təhlil etməklə yerinə yetirilir. Bu fəaliyyət istiqamətində iş keyfiyyətinin artırılması məqsədi ilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".
Qeyd olunub ki, kütləvi qiymətləndirmə layihəsi Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz əmlakin qeydiyyati layihəsi” çərçivəsində həyata keçirilir. Bu sahədə beynəlxalq təcrübə və standartlar öyrənilib və layihənin icrasına beynəlxalq ekspertlər cəlb edilib. Bu təcrübədən irəli gələrək ölkə iqtisadiyyatına uyğun qiymətləndirmə meyarları və metodları müəyyən edilərək tətbiq edilib.
Sədr müavini layihənin faydalarından bəhs edərkən onun daşınmaz əmlaka iqtisadi yanaşmanın inkişafını təmin edəcəyini də vurğulayıb: "Layihə dövlətin ölkədə daşınmaz əmlaka münasibətdə öz sosial-iqtisadi siyasətinin və məqsədlərinin daha dəqiq formalaşdırılmasına dəstək verəcək. Daşınmaz əmlakların rəsmi bazar dəyərinin təyin olunması sosial subsidiyalar, ipoteka, sığorta, daşınmaz əmlak sənayesinə investisiyaların qoyuluşu, alqı-satqı əməliyyatları, əmlak bazarı üzrə dövlət statistikalarının aparılması kimi sahələrdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan daşınmaz əmlakların iqtisadi və digər parametrlərə əsasən növbənöv müfəssəl qiymətləndirilməsi çox önəmlidir. Kütləvi qiymətləndirmə sisteminin Azərbaycanda qurulması qeyd edilən məsələlərin həllində öz töhfəsini verəcək".
Layihənin ilk olaraq Sumqayıt şəhərində həyata keçirildiyini diqqətə çatdıran Rafiq Cəlilov sözügedən layihənin respublikanın digər regionlarında da icrasının nəzərdə tutulduğunu qeyd edib: "Quba və Xaçmaz rayonlarında kütləvi qiymətləndirmə pilot layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Layihənin bu ilin iyun-sentyabr aylarında reallaşması gözlənilir",-deyə o, əlavə edib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev Sumqayıtda icra olunan “Daşınmaz əmlakin kütləvi qiymətləndirilməsi” pilot layihəsinin mahiyyəti və sosial-iqtisadi faydaları ilə bağlı çıxış edib. Bildirilib ki, kütləvi qiymətləndirmə sistemi elektron qaydada bir dəfəyə böyük sayda daşınmaz əmlakların sosial-iqtisadi parametrlər və hüquqi əməliyyatlar baxımından qiymətləndirilməsidir. Ümumilikdə bu proses zamanı daşınmaz əmlak bazarının təhlili, məlumatların toplanması həyata keçirilir, keyfiyyətə nəzarət və dəyərin müdafiəsi təmin edilir. Eyni zamanda, daşınmaz əmlak bazarında məlumat bankı hazırlanır və bu məlumatların etibarlılığı yoxlanılır. Bazar məlumatlarının reyestrindən istifadə edərək həmin məlumatlar əsasında zona dəyər xəritələri hazırlanır, statistik təhlillər aparılır, əmlakın qiymətini formalaşdıran faktorlar müəyyən edilir. Qiymətləndirmə modellərinin hazırlanması, bu modelləri bütün əmlaklara tətbiq etməklə qiymətləndirilməsi təmin edilir. Bütün istifadəçilərin maraqlarını təmin etmək üçün məlumat almaq imkanları yaradılır. Seymur Əliyev vurğulayıb ki, bu sistemin əsas üstünlüyü əlavə maliyyə resursları və vaxt tələb etmədən məlumat bankındakı rəqəmlərdən istifadə etməklə çoxlu sayda daşınmaz əmlakların elektron qiymətləndirilmə imkanının olmasıdır.
Tədbirdə Sloveniyalı ekspert Duşan Mitrovic pilot layihənin texniki tərəfləri, kütləvi qiymətləndirmə modelləri, bazar məlumatlarının toplanması mexanizmi və layihənin nəticələri barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, Sumqayıt şəhərində pilot layihənin icrası nəticəsində 80000 daşınmaz əmlak qiymətləndirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51