Kreml forpostuna "sığal" çəkir
ANS PRESS-in məlumatına görə, Dövlət Dumasının sədri Sergey Narışkin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması Rusiya ilə əməkdaşlıq imkanlarını genişləndirir.
Onun sözlərinə görə, guya Aİİ Ermənistan üçün yeni bir səhifə açır, münasibətlərdə yeni inkişaf mərhələsi və bu təşkilat çərçivəsində üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün daha çox imkanlar yaradır.
O, Ermənistanda Rusiyaya qarşı artan narazılığın sakitləşdirilməsi üçün ermənilərə ümid də verib, İrəvanın bu birliyin fəal üzvü olacağına əminliyini ifadə edib: "Böyük Qələbə ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan Moskvada olacaq. Biz birlikdə ümumi qələbəni və tarixi həqiqəti müdafiə edəcəyik. İndi biz Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması üçün yol açacaq iki sənəd imzalanması vəzifəsi ilə qarşı-qarşıyayıq. Rusiya tərəfi müvafiq öhdəlikləri yerinə yetirəcək."
E.Nalbandyan bu sözlərdən xoşhallanaraq Ermənistan və Rusiya arasında münasibətlərin hər zaman müttəfiqlik səviyyəsində olduğunu və bunu zamanın tələbi adlandırıb: "Biz əlaqələrimizi genişləndirmək, dərinləşdirmək və inkişaf etdirmək üçün yeni addımlar atmağa şad olacağıq."
Amma bu bədbəxt və bədxah ermənilər hələ də anlamırlar ki, dünya tamam başqa dünyadır. İndi çərxı-fələk tərsinə dövran edir. Quru-quru, boş-boş sözlərlə, vədlərlə hara qədər getmək olar? Necə deyərlər, halva-halva deməklə ağız şirin olmaz. Görünən və reallıq odur ki, İrəvan Avrasiya İqtisadi İttifaqında belə sevilmir, bu ölkə bataqlıqda üzür, iqtisadiyyatı çökür və cəmiyyət sosial partlayışla üz-üzədir.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51