Ərdoğanın sözlərinə görə, ASALA terror təşkilatının arxasında kimlərin dayandığı gec-tez ortaya çıxacaq.
Türkiyə prezidenti onu da qeyd edib ki, bu il aprelin 23-də Ankara dünyaya bir daha sülh mesajı verəcək. Aprelin 24-də isə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək və böyük bir yürüş təşkil ediləcək.
Məlumat üçün qeyd edək ki, bu il aprelin 24-də Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100-cü ildönümünə 50-dən çox dövlət rəsmisi dəvət alıb.
Milli.Az