Fransanın "TV5 Monde" televiziya kanalının sosial şəbəkəsi və akkauntları İŞİD tərəfdarı tərəfindən sındırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "Agence France-Presse" öz tvitter səhifəsində yayıb.

Teleşirkətin saytına giriş zamanı “Sayt hazırda profilaktikadadır. Səbrli olduğunuz üçün çox sağolun” yazılıb. Telekanalın səhifəsində hakerlər İŞİD-lə mübarizədə iştrak edən fransız əsgərinin şəklini qoyublar.

“Biz artıq istənilən kanalımızın yayımını edə bilmirik. Bizim veb-saytlarımız və sosial şəbəkələrimiz bizim nəzarətimiz altında deyil”- deyə şirkətin baş direktoru İv Biqo bildirib.

Telekanalın saytının nə vaxt normal fəaliyyətə başlayacağı bildirilmir.


Mənbə
ANS PRESS