Türkiyə daha bir hərbi təlimə ev sahibliyi edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan, ABŞ, İspaniya, ŞKTC, Macarıstan hərbçiləri ilə yanaşı, Rumıniya və Türk Silahlı Qüvvələri hərbçilərinin də iştirak etdiyi beynəlxalq İşıq-2015/1 təlimi Konyada keçirilib.

Türk Hərbi Hava Qüvvələri komandanlığının başçılığı ilə keçirilən təlimdə Türkiyənin yerli istehsalı – hücum və kəşfiyyat üçün nəzərdə tutulan “Atak” helikopterinin ilk dəfə sınağı baş tutub.

Konya sərhədində keçirilən təlimlər 42 min 885 kvadrat kilometrlik sahəni əhatə edib. Təlimdə Türkiyə HHQ-dən 6 F-16 qırıcısı, 5 helikopter, 1 yükdaşıyan təyyarə, 2 axtarış qrupu, ABŞ-dan 4 təyyarə, 1 xüsusi komanda, Azərbaycandan 4 helikopter, bir xüsusi komanda və digər ölkələrdən də eyni qaydada iştirak ediblər.

Qeyd edək ki, bu təlimlər mart ayının 20-dan başlayıb, aprelin 10-na qədər davam edəcək.

Mənbə
ANS PRESS