Bakı, 9 aprel, AZƏRTAC 
“Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücumda şübhəli bilinərək saxlanılan Nihat S. və Emre A. dünən axşam sərbəst buraxılıb. Məhkəmə onların təqsirini sübut edən yetərli dəlil-sübut olmadığından belə bir qərar çıxarıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, şübhəli bilinən şəxslərin vəkili hücumda istifadə olunduğu güman edilən sılahdan atəş açılıb-açılmadığının təsdiqini tapmadığı kimi, onun üzərində barmaq izləri də aşkarlanmayıb.
Xatırladaq ki, hadisə “Fənərbaxça”-“Çaykur Rizəspor” oyunundan sonra içərisində komanda üzvlərinin olduğu avtobus Trabzon hava limanına gedərkən baş vermişdi. Avtobusun yaralanan sürücüsü xəstəxanaya yerləşdirilmişdi.