[ 08 Aprel 2015 23:46 ]



Bakı-APA. Aprelin 8-də Yəmənin cənubundakı Ədən şəhərinin yaşayış məhəllələri üsyançı şiə (husilər) tərəfindən atəşə tutulub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 20 nəfər ölüb, 70-dən çoxu xəsarət alıb.

 

Yaralananların əksəriyyətinin dinc sakinlər olduğu bildirilir.

 

Qeyd edək ki, bir gün əvvəl husilərlə Yəmən  prezidenti Abd Rəbbu Mənsur Hadinin tərəfdarları arasında baş verən toqquşmalarda 11 nəfər ölüb.