Buxarest, 8 aprel, AZƏRTAC
Buxarestdə yerləşən Rumın-Amerikan Universitetində “Mədəniyyətlərarası gün” adlı tədbir keçirilib. Tədbirdə Yaponiya, Türkiyə, Çin və digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşları, rumın tələbələr Azərbaycan milli geyimlərində ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı, “Bakı-2015” Avropa Oyunları barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb, onlara bukletlər, broşürlər paylayıblar. Tədbirdə Azərbaycanın inkişafı barədə qısa film də göstərilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest