Yol hərəkətinin təhlükəsizliyi üzrə milli seminar keçirilir
Bakı, 8 aprel, AZƏRTAC
Bakıda TRACECA proqramı çərçivəsində Yol hərəkətinin təhlükəsizliyi üzrə milli seminar öz işinə başlayıb.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seminarda nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın nəqliyyat-yol kompleksində görülmüş işlər, həyata keçirilən beynəlxalq və regional layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd yol təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələri arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, iştirakçıları yol təhlükəsizliyi üzrə müsbət nailiyyətlər əldə etmiş Belçika, Almaniya, İsveç, İngiltərə, Serbiya kimi dövlətlərin yanaşmaları ilə, eləcə də beynəlxalq təcrübə və xüsusən də Asiya və Sakit okean regionunda yol hərəkətinin təhlükəsizliyi üzrə müəyyən edilmiş proqramlarla tanış etməkdir. Seminarda həmçinin, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün effektli üsul və yanaşmalar, yol-nəqliyyat hadisələrinin miqyası və nəticələri, ölkələrin bu sahədə aktual problemləri, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün risk faktorları və sübutlu əsasların təhlili, risk faktorlarının aşkarlanması və aradan qaldırılması, uşaqlar üçün yol hərəkəti təhlükəsizliyinin təminatı məsələlərinin müzakirə olunması nəzərdə tutulub.
Əsas diqqətin iştirakçıların yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bilik və təcrübələrinin bölüşdürülməsinə və risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılmasına, vacib operativ tədbirlərin götürülməsinə yönəldiyi seminarda TRACECA-nın hərəkətin təhlükəsizliyi sahəsində ekspertləri və mütəxəssisləri, Azərbaycan üzrə Milli Katibliyinin, Fövqəladə Hallar Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin, həmçinin Nəqliyyat Nazirliyinin tabeli qurumları olan “Azəryolservis” ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri, eləcə də sərnişin və yükdaşımalarla məşğul olan sahibkarlar iştirak edir.
Seminar aprelin 10-dək davam edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10