Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə,  kollegiya iclasında bir neçə nəzarət tədbirləri üzrə Audit proqramları təsdiq edilib. Belə ki, Dövlət Neft Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyində audit yoxlamaları həyata keçiriləcək.