İsmayıllı, 8 aprel, AZƏRTAC
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda 20 tam orta məktəbin komandası iştirak edib. Maraqlı və gərgin keçən oyunlarda məktəblilər öz məharətlərini nümayiş etdiriblər.
Yarışların nəticələrinə görə şəhər 6 saylı tam orta məktəbin komandası ən yüksək nəticə əldə edib və zona birinciliyinə vəsiqə qazanıb. Diyallı və şəhər 3 saylı tam orta məktəblərinin komandaları isə ikinci və üçüncü yeri tutublar.