Avropa Parlamentinin başçısı Aleksis Tsiprasa xəbərdarlıq edib
Bakı, 8 aprel, AZƏRTAC
Avropa Parlamentinin sədri Martin Şults Yunanıstanın Baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri əsnasında Afinanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yönələn vahid istiqamətindən kənara çıxmağın yolverilməzliyi barədə xəbərdarlıq edib. Bu barədə Martin Şults “Munchner Merkur” qəzetində bu gün dərc edilən məqaləsində bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “Welt” qəzetinə müsahibəsində Yunanıstanın avrozonadan çıxmasının faciəyə səbəb olmayacağını vurğulayan Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin rəhbəri Elmar Brok Afina ilə Moskva arasında əməkdaşlığın inkişafının Aİ-nin xarici siyasətinə və təhlükəsizliyinə xələl gətirə biləcəyini deyib.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvaya işgüzar səfər edən Aleksis Tsiprasla görüş keçirəcək. Yüksək səviyyədə keçiriləcək danışıqlarda iki ölkənin əməkdaşlığına dair geniş məsələlər üzrə, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, həmçinin mədəni-humanitar sahələrində müzakirələrin aparılacağı planlaşdırılır. Danışıqların yekununda bir sıra ikitərəfli sənədlərin imzalanacağı və liderlərin jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.
Prezidentin mətbuat katibi Dimitri Peskov görüşdə digər məsələlərlə yanaşı, kənd təsərrüfatı məhsullarına qoyulan embarqo mövzusunun müzakirə olunacağını da istisna etməyib. “Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Rusiyanın Avropa İttifaqının sanksiyalarına cavab olaraq bəzi məhsullara qoyduğu embarqo nəticəsində biz bu sahədə mal dövriyyəsinin azaldığını qeydə alırıq”, - deyə Peskov bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Pambıqdan yüngül planet kəşf edildi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06