İndoneziyada 21 yaşlı Mario Stiven Ambarita təyyarənin təkərləri arasında 1300 km səyahət edib.
Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, gənc oğlan İndoneziyadan Jakartaya təyyarənin təkər yerində gizlənərək gedib.
Yerdən təqribi 5000 m yüksəklikdə səyahət edən Ambarita temperaturun mənfi 15 dərəcəyə düşməsi nəticəsində donub.
Bununla belə, o səyahətini salamat başa vura bilib. Mütəxəssislər mənfi 15 dərəcədə 1300 km səyahət edən gəncin sağ qalmasını möcüzəvi adlandırır.