Britaniyanın məşhur BBC telekanalı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan video reportaj hazırlayıb.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, material belə adlanır: "Ermənistanla Azərbaycanın doldurulmuş münaqişəsi". Bütün obyektivlik də elə materialın adı ilə bitir.

İşğal altındakı Azərbaycan torpaqlarında yaşayan erməni ailəsində hazırlanmış reportaj ənənəvi ermənipərəst xarakter daşıyır. BBC-nin jurnalisti qərəzsiz reportaj üçün heç Azərbaycan tərəfinin fikirlərini öyrənməyə çalışmayıb da.

Reportajda yeganə müsbət tərəf isə Qarabağı Azərbaycan əraziləri olduğu barədə sözlərdir. Ancaq əsas məntiqi vurğu bu fakta deyil, emənilərin bəraətlərinə yönəlib. Beləliklə də, BBC öz reportajı ilə separatizmi dəstəkləyir.

Bundan başqa, reportajda Azərbaycan təcavüzkar roluna qoyulub. Reportajda Ermənistanın təcavüzündən deyil, Qarabağın erməni əhalisinin "öz müqəddəratını həll etmək" istəyinə görə münaqişə başladığı deyilir.

Bununla əlaqədar oxucularımızdan da xahiş edirik ki, məsələ ilə əlaqədar BBC telekanalına məktub göndərərək obyektiv olmağa çağırsınlar. Bu linkə daxil olaraq xanaları doldurmaq və aşağıda yazılmış məktubu göndərmək gərəkdir.

Məktubun mətni belədir:

"Dear sir/madam

Today I saw a video reportage on your site about the Armenia-Azerbaijan Nagorno-Karabakh conflict. The author refers to only Armenians' opinion about the situation in Nagorno-Karabakh while talking about the conflict. As to me, it's an unprofessional journalistic approach of developing a news material.

Nagorno-Karabakh is the historical and internationally recognized part of Azerbaijan's territory (the link to article - http://www.bbc.com/news/world-europe-32199040). It is under Armenia's occupation for over two decades following a bloody warfare in early 1990s. The United Nations Organization accepted 4 resolutions (822,853,877,887) calling for withdrawal of the Armenian troops from Nagorno-Karabakh and officially recognizing the mentioned occupied lands as the part of Azerbaijan's territorial integrity.

Kindly ask you to be careful and to pursue a professional approach in developing similar news articles."


Milli.Az