Bakıda yeni doğulan oğlan uşağını küçəyə atıblar.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 7-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Həmin ərazidə "D" yaşayış sahəsi ev 11-in girişində karton qutunun içərisində 1 həftəlik oğlan uşağı tapılıb.

Körpə Ə.Qarayev adına 1 saylı Doğum Evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS