Türkiyə prezidenti: "İranın ixrac etdiyi təbii qazın 95%-ni biz alırıq"
Onun sözlərinə görə, görüşdə 8 müqavilə, bir razılaşma imzalanıb. "Bölgə od içindədir. Bunlardan danışdıq. Terroru dəyərləndirdik. Siyasi nöqtələrdə atacağımız müştərək addımlardan danışdıq. Təəssüf ki, iqtisadi sahədə əməkdaşlığa dair məlum bir sürəti itirdik", - Türkiyə prezidenti vurğulayıb.
R.T.Ərdoğan bildirib ki, tərəflərin əsas hədəfi iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaqdır: "Ancaq bu məsələdə geridəyik. Çox fərqli addımlar atmaq istəyirik. Bu addımı atmaq üçün tərəflərin iradəsi var. Amma burada da gecikmələr olur. Onları aşmaq istəyirik. Ən bahalı təbii qazı İrandan alırıq. İranın ixrac etdiyi təbii qazın 95%-ni biz alırıq. Qiymət baxımından ən bahalı təbii qazı idxal edirik. Bu qiymət ucuzlaşarsa, daha çox təbii qaz alarıq".
İran prezidenti isə deyib: "Qarşılıqlı sərmayə qoyuluşundan, sərhəd təhlükəsizliyindən danışdıq. Bu müzakirələri çox həssas dönəmdə edirik. Ətrafımızda güvənlik və istiqrarın olmadığını, bunu qəbul edə bilməyəcəyimizi bir-birimizə bildirdik. Radikalizmə, terrora qarşı mübarizədə qərarlı olduğumuz göstərdik".
Həsən Ruhani nüvə məsələsində verdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib: "Yəmən məsələsindən də ətraflı danışdıq. Bu məsələdə uzlaşma nöqtələri əldə etdik. Yəməndə atəşin kəsilməsini istəyirik".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51