Azərbaycanın bir nömrəli ingilis dilli qəzeti AzerNews-un fəaliyyəti Media Layn-da - VİDEO
Paylaş
07 Aprel 2015, 17:05·61 baxış·1 dəq oxu
Yerli telekanallarımızdan olan Region TV efirdə yayımladığı Media Layn verilişinin növbəti buraxılışını AzerNews qəzetinə həsr edib. Azərbaycanın bir nömrəli ingilis dilli qəzeti AzerNews-un fəaliyyəti, ölkə mediasındakı yeri, əməkdaşları haqqında məlumatlar verilişdə geniş şəkildə işıqlandırılıb.
Telekanalın müxbiri ilə müsahibə zamanı baş redaktor Sevil Mikayılova qəzetin indiki və gələcək fəaliyyəti, uğurları və qarşıda duran işlər barədə ətraflı məlumat verib.